İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü muxtar respublikada hər il olduğu kimi, bu il də böyük coşqu və xüsusi qayğı ilə qeyd olunub. Festivalda, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti könüllülərinin fəallığı da diqqət çəkib. Festival çərçivəsində könüllülər bu əlamətdar gündə 40 uşağın əyləncəli və təhlükəsiz şəkildə vaxt keçirməsi üçün bir araya gəliblər. Ümumilikdə, 10 nəfər olmaqla qruplara bölünən könüllülər uşaqlarla birbaşa maraqlanaraq onların təhlükəsizliyini təmin edib, oyunlarda iştiraklarına, əyləncəli fəaliyyətlərdə aktiv olmalarına köməklik göstəriblər. Bu həm uşaqlar, həm də könüllülər üçün unudulmaz bir günə çevrilib. Könüllülər hər bir uşağa xüsusi diqqət göstərərək onlar üçün ayrılan əyləncə guşələrində birgə vaxt keçiriblər.
Festivalda iştirak edən könüllülərdən biri, tələbə Rəhman Həsənov festivalla bağlı fikirlərini bildirib:
“Uşaqlarla birlikdə olmaq, onlarla maraqlı vaxt keçirmək bizə həm mənəvi zövq verir, həm də məsuliyyət hissini artırır. Bu cür festivallar həm biz gəncləri birləşdirir, həm də uşaqlara verilən dəyəri göstərir. Həmçinin hər il uşaqlar üçün həyata keçirilən bu tədbirdə digər illərə nisbətən bu il daha çox uşaq cəlb edilib”.
Elnurə Cəfərova
Digər xəbərlər