NAXÇIVAN :

12 Iyun 2025, Cümə axşamı

Uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib

...

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova təqdimat vasitəsilə çıxış edərək bildirib ki, uşaq əməyinin istismarı uşaqların fiziki, əqli, emosional və sosial inkişafına mənfi təsir göstərən amildir. Buna görə də valideynlər və cəmiyyətin digər üzvləri uşaq əməyinin zərərləri və qanunsuzluğu barədə məlumatlandırılır. Ölkəmizin milli qanunvericilik sistemi uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərdən irəli gələn normalar əsasında daha da təkmilləşdirilib. Komitə tərəfindən keçirilən maarifləndirmə tədbirləri uşaqların təhsilinə və sağlamlığına daha çox diqqət artırılmasını təşviq edir.
Daha sonra məktəbin direktoru Natella Rzayeva mövzu ilə bağlı çıxış etmişdir. 
Tədbir diskussiya formatında davam edib.

Nəşr edilib : 10.06.2025 18:28