NAXÇIVAN :

03 Iyul 2026, Cümə

Ümumi təhsil müəssisələrinə 500-dən artıq yeni şagird partası verilib

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində tədris şəraitinin yaxşılaşdırılması, şagirdlər üçün daha müasir və komfortlu təhsil mühitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində məktəblərin mövcud ehtiyacları nəzərə alınaraq ümumi təhsil müəssisələrinə 500-dən artıq yeni şagird partası təhvil verilib.
Yeni partalar şagirdlərin rahat və təhlükəsiz şəraitdə təhsil almasına, tədris prosesinin səmərəliliyinin artırılmasına, eləcə də məktəblərin maddi-texniki bazasının daha da gücləndirilməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun müasirləşdirilməsi və təhsilalanlar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Nəşr edilib : 03.07.2026 18:13