Azərbaycan, Türkiyə və ABŞ-nin iqtisadi əməkdaşlığ...
12:03 22.10.2026
0
0
0
Dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və dividend siyasətinin təkmilləşdirilməsi sahəsində rəqəmsal həllərin tətbiqi genişləndirilir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev “Rəqəmsal maliyyə ekosistemi: İdarəetmədə yeni mərhələ” adlı konfransda deyib.
O bildirib ki, cari ilin doqquz ayında müvafiq altsistemdə 1113 müəssisə qeydiyyatdan keçib, 3298 aylıq və 11 min 434 rüblük hesabat təqdim olunub.
“Həmçinin sistem vasitəsilə 2026-cı il üzrə 950 təsdiqlənmiş büdcə hesabatı, 2027-ci il üzrə 885 dividend proqnozu və 1529 büdcə proqnozu hesabatı təqdim edilib. Bu mexanizmlər dövlət müəssisələrinin fəaliyyətində maliyyə intizamının gücləndirilməsinə, risklərin erkən aşkarlanmasına və məlumatəsaslı qərarvermənin təkmilləşdirilməsinə imkan yaradır”, - deyə nazir diqqətə çatdırıb.
Digər xəbərlər