NAXÇIVAN :

03 May 2026, Bazar

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

...

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

"Şərq qapısı" Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin, BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava və beynəlxalq qurumun digər nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

İştirakçılar daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Nəşr edilib : 25.11.2025 17:36