NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Ulu Öndər Heydər Əliyevin Şərur şəhərində yerləşən abidəsində təmir işləri yekunlaşıb

...

28 avqust 2024-cü il tarixdən Şərur şəhəri Heydər Əliyev prospektində, Rayon İcra Hakimiyyəti binasının önündə yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi əsaslı təmir işləri aparıldığından müvəqqəti olaraq ziyarəti dayandırılmışdı. 8 oktyabr tarixdən etibarən Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən əzəmətli abidəsində təmir işləri yekunlaşmışdır. Bu gün Şərur Rayon İcra Hakimiyyətinin kollektivi Ulu Öndərin rayon mərkəzində abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildirmişlər.

Nəşr edilib : 09.10.2024 17:48