NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Ulrix Şmid: Cənubi Qafqazda sülh təşəbbüslərinin regional əməkdaşlığa təsiri xüsusi maraq doğurur

...

Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan arasında yeni sülh təşəbbüsünün regional əməkdaşlıq üçün yaratdığı imkanlar və bu proseslərin Rusiyanın regiondakı mövqeyinə mümkün təsirləri beynəlxalq ekspert dairələrinin diqqət mərkəzindədir.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (GCE-HSG) Akademik Şurasının üzvü Ulrix Şmid Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Eyni zamanda, Azərbaycan və Ermənistan arasında formalaşan yeni sülh layihəsinin regional əməkdaşlıq baxımından hansı imkanlar yaratdığı xüsusi maraq doğurur. Bu proseslərin daha geniş geosiyasi nəticələri, xüsusilə də Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə mümkün təsirləri də müzakirə üçün mühüm mövzulardandır", - deyə o əlavə edib.

Nəşr edilib : 08.09.2026 11:18