NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Ukraynalı nazir ölkəsinin COP29-da danışıqlarda tutacağı mövqeyi açıqlayıb

...

“İqlim dəyişikliyi iqtisadiyyatımızın hər bir sahəsinə təsir edir və biz buna uyğunlaşmalıyıq. Ölkəmizin yenidən qurulması prosesində biz baş verən dəyişiklikləri nəzərə almalı, müasir texnologiyalardan istifadə etməliyik. Artıq qlobal məqsəd müəyyən edilib - biz ölkəmizi yaşıl yolla bərpa edəcəyik. Ancaq indi biz nəinki bu barədə danışmalıyıq, həm də bu yaşıl bərpanın tam olaraq necə baş verəcəyi ilə bağlı konkret həlləri birgə işləyib hazırlamalıyıq. Bu, Bakıda COP29-da bizim işimizin və danışıqlar mövqeyimizin əsas mesajlarından və əsas istiqamətlərindən biri olacaq. Bu platformada biz Ukrayna mühitinin məruz qaldığı itkilər və iqlim dəyişikliyi ilə qlobal mübarizə prosesi haqqında danışmalıyıq”.
"Şərq qapısı" ecopolitic. com. ua-ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk bildirib.
“Biz bütün bunları öz pavilyonumuzda nümayiş etdirəcəyik – müzakirələr aparıb həll yollarını işləyib hazırlayacağıq. Çünki COP çoxdandır ki, təkcə iqlimlə bağlı deyil. Bu, geniş miqyaslı bütün kritik ekoloji problemlərin müzakirə edilməli olduğu platformadır. Təəssüf ki, Ukrayna bütün beynəlxalq müqavilələrin pozulduğu platformadır”, - deyə nazir vurğulayıb.
Qrinçukun sözlərinə görə, Ukrayna COP29-da digər iştirakçılarla iqlim maliyyələşdirilməsinə dair qlobal mexanizminin işlənib hazırlanması haqqında danışacaq. “Bu məsələdə Ukraynanın səsi eşidilməlidir. Biz bərpa olunmağa, uyğunlaşmağa və bu ədalətsiz müharibədə sağ qalmağa kömək edəcək maliyyə alətlərinə çıxış əldə etməliyik”, - deyə ukraynalı nazir əlavə edib.

Nəşr edilib : 31.10.2024 23:57