NAXÇIVAN :

29 May 2026, Cümə

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

...

Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
"Şərq qapısı" xəbər verir ki, bu ifadələr Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) 28 May-Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında yer alıb.
“Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, eləcə də ölkəmizə humanitar yardımını yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizdə və bütün sahələrdə əməkdaşlığımızda davamlı müsbət impulsların olmasını səbirsizliklə gözləyirik”, - deyə Ukrayna XİN-in məlumatında deyilir.

Nəşr edilib : 28.05.2026 19:03