NAXÇIVAN :

07 Noyabr 2026, Şənbə

Naxçıvanda Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr olunmuş konsertlər keçiriləcək

...

Noyabrın 8-də saat 18:30-da Naxçıvan şəhərində, Heydər Əliyev Muzeyinin qarşısında 8 Noyabr – Zəfər Gününə və noyabrın 9-da, eyni saatda və məkanda – 18:30-da Heydər Əliyev Muzeyinin qarşısında Dövlət Bayrağı Gününə həsr olunmuş konsert proqramları təşkil ediləcək.

“Şərq qapısı” xəbər verir ki, 8 noyabrda konsertdən sonra – saat 22:00-da Zəfər Gününə həsr edilmiş atəşfəşanlıq keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək konsertlərdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs qrupu, “Şərur” Xalq Yallı Ansamblı, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri, eləcə də regional mədəniyyət idarələrinin, uşaq-musiqi və incəsənət məktəblərinin yaradıcı kollektivləri çıxış edəcəklər.

Bütün muxtar respublika sakinlərini və qonaqları konsertlərə dəvət edirik!

Nəşr edilib : 06.11.2026 17:18