Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ...
12:18 22.12.2024
0
0
0
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak məqsədilə Brüsselə səfər edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində Hakan Fidanın həmkarları ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. Danışıqlar zamanı başda Türkiyə-Avropa İttifaqı münasibətləri olmaqla, regional və qlobal hadisələr ətrafında fikir mübadilələrinin aparılması planlaşdırılır.
Bu çərçivədə Hakan Fidan Yunanıstanın və İspaniyanın XİN rəhbərləri Giorgos Gerapetritis və Xose Manuel Albares Bueno ilə görüşüb.
Görüşlərdə ikitərəfli münasibətlər, eləcə də regional və qlobal hadisələr müzakirə olunub.
Xatırladaq ki, bu, son beş ildə Avropa İttifaqından Türkiyəyə ilk belə dəvətdir.
Digər xəbərlər