NAXÇIVAN :

10 Yanvar 2025, Cümə

Türkiyənin xarici işlər naziri: Sülh prosesində can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik

...

Cənubi Qafqaz ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Balkan ölkələri Avropaya açılan qapımız olduğu kimi, Qafqaz da Orta Asiyaya olan qapımızdır. Qarabağın işğaldan azad edilməsi ilə bölgəmizdə daimi sülh və rifah üçün tarixi fürsət yaranıb. Bu prosesdə can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik. Ermənistanın da davamlı və strateji bir anlayışla hərəkət edəcəyinə inanıram.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədəki yerli və beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında ifadə edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması istiqamətdə verdiyi müsbət mesajların əhəmiyyətini qeyd edən Hakan Fidan deyib: “Onun sülhyönümlü mövqeyini ortaya qoyması prosesin müsbət istiqamətdə davam etməsinə töhfə verəcək. Tərəflər arasında vasitəçilər olmadan, ikitərəfli formatda aparılan müzakirələrə dəstəyimizi davam etdiririk. Sülhün təmini bölgəmizin inkişafında bənzəri görünməmiş yeni fürsətlər gətirəcək”.

Nəşr edilib : 10.01.2025 16:36