NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidanın səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Nəşr edilib : 18.01.2025 11:01