NAXÇIVAN :

03 Sentyabr 2026, Cümə axşamı

Türkiyənin vitse-prezidenti gəmi qəzası ilə bağlı Şimali Kiprə səfər edəcək

...

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz baş verən gəmi qəzası ilə əlaqədar dəstək və həmrəylik nümayiş etdirmək məqsədilə bu gün Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcək.

"Şərq qapısı" xəbər verir ki, C.Yılmaz ŞKTC Prezidenti Tufan Erhürmanla görüşəcək, həmçinin faciə qurbanlarının ailə üzvlərinə və yaxınlarına baş çəkəcək.

Səfər proqramının yekunlarına əsasən, “Ercan” hava limanında Türkiyənin vitse-prezidenti ilə ŞKTC-nin Baş naziri Ünal Üstelin birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Kiprın Girnə limanından Türkiyənin Mersin vilayətindəki Taşucu istiqamətində hərəkət edən “Filo Jet” sərnişin gəmisi avqustun 30-da batıb. Girnəyə qayıtmağa cəhd edən gəmidən 241 nəfər xilas edilib, 9 nəfərin meyiti aşkar edilib. Hazırda itkin düşmüş 19 nəfərin axtarışları davam etdirilir.

Gəminin qalıqları 550 metr dərinlikdə aşkarlanıb.

Nəşr edilib : 03.09.2026 11:45