NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Türkiyənin vitse-prezidenti 15 İyul qəhrəmanlarının abidəsi önünə əklil qoyub

...

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz paytaxtın Beştepe rayonunda ucaldılmış 15 İyul qəhrəmanlarının abidəsi önünə əklil qoyub.

"Şərq qapısı" xəbər verir ki, Türkiyədə hakimiyyətin zorakı yollarla ələ keçirilməsi cəhdlərinin qarşısının alınmasının doqquzuncu ildönümü ilə əlaqədar Ankaradakı Prezident kompleksinin önündə keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, həmçinin şəhidlərin doğmaları və yaxınları, qazilərdən ibarət qrup iştirak edib.

Türkiyənin vitse-prezidenti qəhrəmanların yaxınlar ilə görüşüb, demokratiyanın müdafiəçilərinin ruhuna dualar oxunub.

Mərasim Türkiyə Milli Müdafiə Nazirliyinin “Mehtəran” kollektivinin konsert proqramı ilə davam edib.

Nəşr edilib : 15.07.2025 16:20