Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Türkiyədə səfərdə olan Suriyanın xarici işlər naziri Əsəd Şeybani və həmkarı Hakan Fidan mətbuata birgə açıqlama veriblər.
"Şərq qapısı" xəbər verir ki, Türkiyənin XİN başçısı Hakan Fidan açıqlamasında YPG-yə dünyanın dörd bir tərəfindən topladıqları terrorçularla Türkiyə və bölgə üçün təhdid olmaqdan dərhal imtina etmələri ilə bağlı çağırış edib.
Suriyanın keçid dövrü ilə bağlı danışan nazir deyib: “Yeni Suriya bütün xalqların, inancların, mədəniyyətlərin qorunduğu, bir yerdə yaşaya bildiyi ölkə olmalıdır. Türkiyə bu istiqamətdə tövsiyələrini verir, Suriyada da hər kəs əlini daşın altına qoymalıdır. Ölkədə təhlükəsizlik problemi olmamalıdır, sabitliyi pozan davranışlara yol verilməyəcək. Suriyada YPG-nin hiylələrini görürük. Təşkilat üzvlərinin Suriyanı tərk etmədiyini görürük, görmədiyimizi zənn etməsinlər”.
Uzun illər ölkəsində müharibənin hökm sürdüyünü xatırladan Şeybani infrastruktur və qurumlar baxımından böyük çətinliklər yaşandığını, bu gün də yeni problemlərlə üzləşdiklərini deyib.
Digər xəbərlər