NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Türkiyənin rəsmi nümayəndə heyəti Pakistana səfər edəcək

...

Türkiyənin milli müdafiə naziri Yaşar Güler və xarici işlər naziri Hakan Fidan çərşənbə günü, iyulun 9-da Pakistana səfər edəcəklər.

"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində müzakirə olunacaq məsələlərin gündəliyinə ikitərəfli əməkdaşlığın, o cümlədən müdafiə sənayesi və terrorizmlə mübarizə sahələrində əlaqələrin genişləndirilməsi daxildir. Regionda beş verən proseslərə və Əfqanıstanda sabitliyin təmin edilməsinə xüsusi diqqət yetiriləcək.

Səfər zamanı nümayəndə heyəti üzvlərinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, həmçinin XİN və İslam Respublikasının generaliteti ilə görüşləri də nəzərdə tutulur.

Nəşr edilib : 08.07.2025 15:38