NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Türkiyədə ağır yol qəzası olub, 22 nəfər yaralanıb

...

Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib.

"Şərq qapısı" “Cümhuriyyət”ə istinadən xəbər verir ki, hadisə Turqutlu rayonunda qeydə alınıb.

Belə ki, işçiləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 22 nəfər yaralanıb. Onlardan ikisinin durumunun ağır olduğu bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma başladılıb.

Nəşr edilib : 17.12.2024 20:30