NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Türkiyə XİN: Ukraynadakı müharibənin ən qısa zamanda başa çatmasını istəyirik

...

Türkiyə Ukraynadakı müharibənin ən qısa vaxtda başa çatmasını istəyir.

"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada latviyalı həmkarı Baiba Braze ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir: “Ankara sülhə xidmət edən bütün səyləri dəstəkləyir. Türkiyə beynəlxalq hüququn dünyanın bütün yerlərində tətbiqinin tərəfdarıdır”.

H.Fidan, həmçinin söyləyib ki, Türkiyə Yaxın Şərqdəki müharibənin də başa çatmasında maraqlıdır.

Nazir onu da bildirib ki, Avropa İttifaqına (Aİ) üzvlük Türkiyə üçün strateji əhəmiyyətli məsələdir: “Aİ ilə əlaqələrimizi konstruktiv formada inkişaf etdirməyin tərəfdarıyıq. Eyni mövqeyi qarşı tərəfdən də görmək istəyirik”.

Türkiyənin terrorla mübarizəsi barədə də danışan H.Fidan söyləyib ki, rəsmi Ankara arxayınlaşmayacaq, FETÖ-ya qarşı mübarizəni davam etdirəcək.

Nəşr edilib : 22.10.2024 17:24