NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyik

...

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında baş verən partlayışla bağlı bəyanat yayıb.

"Şərq qapısı" xəbər verir ki, Türkiyə XİN bəyanatında törədilən bu terror aktını ən qəti şəkildə qınadığını bildirib. Bu qanlı hadisə ilə bağlı Pakistan xalqına başsağlığı, yaralananlara isə şəfa diləklərinin ifadə edildiyi mətndə Türkiyənin terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyi vurğulanıb.

Nəşr edilib : 09.11.2024 14:27