NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə DSMF-dən məlumat verilib. Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikasında, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.

Nəşr edilib : 25.08.2026 16:24