NAXÇIVAN :

17 May 2025, Şənbə

Türkiyə və Qazaxıstan liderləri ikitərəfli məsələləri müzakirə ediblər

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomərt Tokayevlə telefonla danışıb.
“Şərq qapısı” “CNN Türk”ə istinadən xəbər verir ki, ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə Qazaxıstan arasında əməkdaşlığın həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində daha da inkişaf etdiriləcəyini bildirib.

Nəşr edilib : 17.05.2025 19:08