Nyu-Yorkda Azərbaycan, Braziliya və Türkiyə arasın...
22:39 24.09.2026
0
0
0
NAXÇIVAN :
25 Sentyabr 2026, Cümə
Türkiyə və onun xalqı bütün dövrlərdə tarixin doğru tərəfində dayanaraq qətiyyətlə ədalətsizliyə qarşı çıxıb.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyası çərçivəsində Nyu-Yorkda onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət addım-addım rəsmi Ankaranın əvvəldən tutduğu mövqeyə yaxınlaşır.
O, qlobal münasibətlər sistemində baş verən dəyişikliklərə diqqət çəkib. “Bu gün biz 190-dan çox ölkənin maraqlarının BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququ ilə məhdudlaşdırıldığı BMT sistemindən danışırıq. Belə ədalətsiz struktur qlobal sabitliyi və bəyan edilmiş prinsipləri qorumaq iqtidarında deyil. Əsas məsələ odur ki, dünyanın müxtəlif regionları qlobal proseslərdə layiqli yer tuta bilsinlər”, – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan veto mexanizminin ləğvinin vacibliyini vurğulayıb: “Yalnız beş dövlətin maraqlarını qoruyan model öz yerini bütün ölkələrin gözləntilərinə cavab verən mexanizmlərə verməlidir. Dünyaya yeni “körpülər” lazımdır, “divarlar” yox”.
İran ətrafında gərginliyə toxunan Türkiyə lideri bildirib ki, Hörmüz boğazındakı vəziyyət yalnız Tehranı və ya Vaşinqtonu maraqlandırmır: “Biz Hörmüz boğazının gəmiçilik üçün bağlanmasının əleyhinəyik. Bu regionda istənilən gərginlik Avropaya, Asiyaya, enerji bazarlarına və milyonlarla insanın gündəlik həyatına təsir göstərir. Problemlər danışıqlar və diplomatiya yolu ilə həll edilməlidir. Yeni dialoq kanalları üçün yol açmaq lazımdır”.
Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında gedən müharibə fonunda Qara dəniz akvatoriyasında təhlükəsizliklə bağlı vəziyyəti də xüsusi əhəmiyyət daşıyan məsələ adlandırıb.
“Qara dəniz müharibənin növbəti cəbhəsinə çevrilməməlidir. Müharibə aparan ölkələrlə təmaslarımız zamanı Kiyevə və Moskvaya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin bərpa edilməsinin zəruriliyini çatdırırıq. Bu, iki mühüm nəticəyə gətirib çıxaracaq: ərzaq təhlükəsizliyinin təmin olunmasına və müharibənin əhatə dairəsinin genişlənməsinin qarşısının alınmasına. Təhlükənin haradan qaynaqlanmasından asılı olmayaraq, gəmilərə hücum edilməsinin qəti əleyhinəyik. Tərəflərdən bu məsələyə məsuliyyətli yanaşmalarını gözləyirik”, – deyə Türkiyənin dövlət başçısı vurğulayıb.
Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğan Ankaranın taxıl dəhlizinin yenidən fəaliyyətə başlaması istiqamətində göstərdiyi səylərdən danışıb: “Bu məsələ ilə bağlı diplomatik addımlarımızı intensivləşdirmişik. Mən şəxsən bu təşəbbüsü yenidən Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə etdim. Onun reaksiyası müsbət oldu”.
Digər xəbərlər