Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Türkiyə mətbuatında Şuşada keçirilən İkinci Qlobal Media Forumun BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyası (COP29) ərəfəsində ətraf mühitin mühafizəsinin təbliğinə töhfəsi haqqında xəbərlər dərc edilib.
“Anadolu” agentliyinin reportajında qeyd olunur ki, Azərbaycanın mədəniyyət paytaxtındakı müzakirələrin iştirakçıları digər məsələlərlə yanaşı ətraf mühit problemlərini də ətraflı nəzərdən keçiriblər.
Agentlik Azərbaycanın energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanovun Şuşada “Yaşıl dünya naminə həmrəylik - СОР29” adlı təqdimatdakı çıxışına diqqəti cəlb edir. COP29 konfransının qarşıdan gələn sessiyasının gündəliyinin əsas 14 bəndi, su qıtlığı problemi və “yaşıl” dəhlizlər yaradılması təşəbbüsündən bəhs edilir.
“Aksiyon” xəbər resursu “COP29-un və Şuşada keçirilən Media Forumun əhəmiyyəti” sərlövhəli məqalədə Elnur Sultanovun dünyanın bütün ölkələri üçün ekoloji dəyişikliklərin aktuallığı barədə fikrindən sitat gətirir. Vurğulanır ki, hər bir ölkə planetin ekologiyası naminə öhdəlikləri yerinə yetirməlidir.
“Başkent Gazetesi” və “HaberPort” nəşrləri də oxucularını Şuşada keçirilən İkinci Qlobal Media Forum çərçivəsində COP29 təqdimatı barədə məlumatlandırıb.
Xəbərlərdə Şuşada keçirilən forumda Prezident İlham Əliyevin, eləcə də dünyanın 50 ölkəsindən 150 qonağın iştirakı edilməsi qeyd edilir.
Digər xəbərlər