NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib

...

Türkiyə mətbuatı 2023-cü ilin fevralında baş verən zəlzələlərdən zərər çəkmiş Kahramanmaraş şəhərində Azərbaycan və Türkiyə hökumətlərinin dəstəyi ilə tikilən “Azərbaycan” yaşayış kompleksindən reportaj hazırlayıb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Türkiyənin Mənzil İnşaatı İdarəsinin (TOKİ) xətti ilə “Azərbaycan” yaşayış kompleksində tikinti işləri davam etdirilir.

“İhlas” xəbər agentliyi TOKİ nümayəndələrinə istinadla “Azərbaycan” məhəlləsində ümumilikdə 1278 iki, üç və dördotaqlı mənzillərin, həmçinin 826 ofis və ticarət obyektinin yerləşəcəyini bildirib.

“Hazırda ərazilərin abadlaşdırılması istiqamətində işlər aparılır. TOKİ-nin memarı Hatice Ezgi Reyhanlıoğlu deyir: “Binaların mümkün qədər tez istifadəyə verilməsi üçün hər şey edilir”.

Reportajda ilk yeni sakinlərini qarşılamağa hazır olan əşyalı mənzillərdən görüntülər yer alıb.

Nəşr edilib : 15.01.2025 14:26