NAXÇIVAN :

02 May 2026, Şənbə

Türkiyə-Ermənistan Birgə İşçi Qrupu Qars-Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıb

...

Aprelin 28-də Qars şəhərində Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində əldə olunmuş razılaşmaya əsasən, Qars-Gümrü dəmir yolunun bərpası və istifadəyə verilməsi məqsədilə yaradılmış Türkiyə-Ermənistan Birgə İşçi Qrupunun iclası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirıiyi açıqlama yayıb.

Məlumatda qeyd edilib ki, tərəflər, regional nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində Qars–Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

Nəşr edilib : 28.04.2026 17:24