NAXÇIVAN :

23 Aprel 2025, Çərşənbə

Türkiyə DİN-ə zəlzələdən sonra 6 mindən çox müraciət daxil olub

...

İstanbulda baş verən zəlzələdən sonra çağrı mərkəzinə 6 mindən çox müraciət daxil olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Çağrı mərkəzimiz 6 100 müraciət qəbul edib. Bu zənglərin əksəriyyəti məlumat almaq məqsədi ilə edilib", - nazir bildirib.

Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, bu gün saat 12:49-da İstanbul sahillərində Mərmərə dənizi bölgəsində 6,2 maqnitudalı zəlzələ baş verib, ardınca afterşoklar olub.

İstanbulda baş verən zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.

Nəşr edilib : 23.04.2025 18:02