Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
Noyabrın 4-də Naxçıvan şəhərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası, Türk Dünyası Mediatorlar Birliyi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda konfrans keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, konfrans zamanı Prezident İlham Əliyev tərəfindən aparılan mühüm işlər, Türk dünyasında əməkdaşlıq məsələləri, habelə türkdilli dövlətlərin peşə birliklərindən biri olan Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti haqqında məlumat veriləcək. Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, həmçinin noyabrın 28-dən dekabrın 3-dək Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək Beynəlxalq Mediatorlar Şurasının 1-ci Qurultayı, bu Qurultay çərçivəsində təşkil ediləcək Qarabağ gecəsi barədə məlumat verəcək. Həmin qurultayda türkdilli dövlətlərin mediatorlar birlikləri də daxil olmaqla, 16 ölkədən 300 mediatorun iştirakı gözlənilir.
Digər xəbərlər