Naxçıvan şəhərinin bəzi küçə və məhəllələrində ele...
17:27 20.08.2026
0
0
0
Turizm sahəsinə aid ixtisaslar üzrə ikili peşə təhsilinin (“dual təhsil”) tətbiq edilməsi nəzərdə tutulur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər planında qeyd olunub.
2026–2028-ci illər ərzində peşə təhsili pilləsində ikili peşə təhsilinə ehtiyac olan turizm sahəsindəki ixtisasların siyahısının müəyyən edilməsi və turizm sahəsinə aid ixtisaslar üzrə ikili peşə təhsilinin tətbiqi planlaşdırılır. Bununla bağlı əsas icraçılar Dövlət Turizm Agentliyi və Elm və Təhsil Nazirliyidir.
Xatırladaq ki, avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Digər xəbərlər