NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

“Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi ilə Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 2 ünvanında yerləşən “Bolmart” supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 145 litr olan plastik, 22 litr olan şüşə butulka və 59 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.
Əhali arasında tullantıların çeşidlənməsinin önəmini vurğulamaq, təkrar emala dəstək olmaq məqsədilə keçirilən aksiyalarda fəal iştirak edən bütün vətəndaşlara təşəkkür edir, hər kəsi polietilen torbalar əvəzinə ekoçantalardan istifadə etməyə çağırırıq.

Nəşr edilib : 06.10.2024 14:28