“Naxçıvanpoçt”da ötən ildə 140 minə yaxın poçt bağ...
21:27 10.01.2025
0
0
0
Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp barəsində şərtsiz azad etmə qərarı çıxarıb.
"Şərq qapısı"nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, bununla da mühakimə olunan ABŞ-nin ilk prezidenti kimi ölkə tarixinə düşüb.
Məhkəməyə videobağlantı vasitəsilə qatılan yeni dövlət başçısı 34 maddə üzrə təqsirli bilinib. Hökmə əsasən, Tramp təqsirli olaraq qalacaq, nə həbs, nə də cərimə olunacaq.
Xatırladaq ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilirdi.
Qeyd edək ki, Donald Tramp ABŞ tarixində cinayət əməllərində ittiham olunan ilk prezidentdir. Onun barəsində ümumilikdə 4 cinayət işi açılıb.
Digər xəbərlər