NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

...

Milli Məclisin sentyabrın 18-də keçirilən iclasında Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

"Şərq qapısı" xəbər verir ki, layihəyə əsasən, dövlət əhəmiyyətli yolların, tunellərin (metro tunelləri daxil olmaqla), magistral neft və qaz boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi və quraşdırılması; dəniz və hava limanlarının və ya aerodromların, dəmir yolu, metropoliten və tramvay stansiyalarının, depoların tikilməsi və genişləndirilməsi torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına daxil ediləcək.

Qanun layihəsi səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Nəşr edilib : 18.09.2026 13:30