Ötən gün vətəndaşların bank kartlarından 20 min ma...
12:40 13.06.2025
0
0
0
Prezident Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının növbəti qeyri-rəsmi görüşünün Qazaxıstanda keçirilməsini təklif edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti TürkPA-ya üzv ölkələrin parlament sədrlərinin görüşündə bildirib.
"Macarıstanda TDT dövlət başçılarının bu yaxınlardakı qeyri-rəsmi görüşü məhsuldar olub. Qazaxıstan bu müsbət tendensiyanın davam etdirilməsində maraqlıdır. Bu baxımdan mən növbəti zirvə toplantısının Qazaxıstanda keçirilməsini təklif etdim", - K.Tokayev vurğulayıb.
O bildirib ki, ölkə Parlament Assambleyasının təşəbbüslərini dəstəkləyir və türk inteqrasiyasına öz töhfəsini verməyə hazırdır: "Qazaxıstan Türk Dövlətləri Təşkilatının təsisçilərindən biridir. Biz hesab edirik ki, bu qurum ölkələrimizin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsir göstərir. Onun potensialı xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə edilməlidir".
K.Tokayev fikrincə, Qazaxıstan TDT-nin zirvə toplantılarının nəticələrini yüksək qiymətləndirir və əldə edilmiş razılaşmaların keyfiyyətli şəkildə həyata keçirilməsinə böyük diqqət yetirir.
Ötən il Qazaxıstan TDT-yə sədrlik edib. "TURKTIME" şüarı altında bir sıra mühüm layihələr həyata keçirilib, təxminən 100 tədbir təşkil edilib. Astanada keçirilən V Dünya Köçəri Oyunları dünyanı Böyük çöl sivilizasiyası ilə tanış edib.
"Vahid türk əlifbasının təsdiqlənməsini tarixi hadisə adlandırmaq olar", - Qazaxıstan Prezidenti əlavə edib.
Digər xəbərlər