NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Tələbələrlə görüş keçirilib

...

Naxçıvan Dövlət Universitetinin Dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri 26 may 2025-ci il tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində istehsalat təcrübəsinə başlamışlar.
Bu münasibətlə komitənin sədri Ramilə Seyidova tələbələrlə görüş keçirib. Görüşü giriş sözü ilə açan komitə sədri tələbələri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ramilə Seyidova qeyd edib ki, Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən aidiyyəti ixtisas üzrə təhsil alan tələbələrin komitədə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulmuşdur.
Görüş zamanı komitənin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, iş prinsipi barədə ətraflı məlumat verilib. Eyni zamanda təcrübəçi tələbələrin hüquq və vəzifələri onların diqqətinə çatdırılıb, komitə tərəfindən təyin olunmuş nümayəndə onlara təqdim olunub və tələbələrə bir daha uğurlar arzulanıb.

Nəşr edilib : 26.05.2025 22:55