NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Tələbələrlə görüş keçirilib

...

Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 28 aprel 2025-ci il tarixdən istehsalat təcrübəsinə başlayıblar.
   Görüşü giriş sözü ilə açan Ramilə Seyidova ilk öncə təcrübə keçəcək tələbələri salamlayıb, onlara gələcək təcrübə və fəaliyyətlərində uğurlar arzu edib. Komitə sədri qeyd edib ki, Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanmış müqaviləyə əsasən aidiyyəti tələbələrin komitədə istehsalat təcrübəsi keçməsi müəyyənləşdirilib. Daha sonra Ramilə xanım  komitənin fəaliyyət istiqamətindən, hüquq və vəzifələrindən, iş prinsipindən bəhs edib, təcrübəçi tələbələrin hüquq və vəzifələrini onların diqqətinə çatdırıb. Komitə tərəfindən onların üzərinə təhkim olunmuş nümayəndəni təcrübəçilərə təqdim edib və bir daha uğurlar arzulayıb.

Nəşr edilib : 28.04.2025 21:09