NAXÇIVAN :

04 Dekabr 2024, Çərşənbə

Təhsil Nazirliyinə və rayon təhsil şöbələrinə yeni şöbə və sektor müdirləri təyin olunub

...

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon təhsil şöbələrinə yeni vəzifələrə təyin olunublar.
Belə ki, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumtəhsilin  idarə edilməsi  şöbəsinə şöbə müdiri,  Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər  oğlu Əlizadə Babək Rayon Təhsil Şöbəsinə,  Murad Rövşən oğlu Hümbətov  Culfa Rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu  Əliyev  isə Kəngərli Rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.
Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli Rayon Təhsil Şöbəsinin  müdiri, Gültəkin Rüstəmli  Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumtəhsil sektorunda aparıcı-məsləhətçi,  Sahil Əlizadə  Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun  baş məsləhətçisi, Ayaz Əliyev  həmin sektorda aparıcı-məsləhətçi,  Murad Hümbətov isə Culfa Rayon Təhsil Şöbəsində baş məsləhətçi  vəzifələrində  çalışıblar.

Nəşr edilib : 03.12.2024 17:04