NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Təhsil müəssisələrində aşağıdakı vəzifələr üzrə vakant yerlərə işəqəbul Dövlət Məşğulluq Agentliyi tərəfindən verilən göndəriş əsasında aparılır

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində işə qəbul prosesində  müsabiqə yolu ilə nəzərdə tutulmayan  və vakant olan təsərrüfat müdiri, dayə, xadimə, bağban, dalandar, çilingər, gözətçi, ocaqçı, elektirik, santexnik, paltaryuyan, fəhlə və digər  vəzifələrə işə qəbul Dövlət  Məşğulluq Agentliyinin rayon (şəhər) Məşğulluq Şöbələri tərəfindən verilən göndəriş əsasında həyata keçirilir. 

Qeyd edək ki, təhsil müəssisələrində olan vakansiyalar müəssisənin rəhbəri tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət  Məşğulluq Agentliyinin  və rayon (şəhər) Məşğulluq Şöbələrinin “Əmək və Məşğulluq” altsisteminə  daxil edilir.Vətəndaşların  yuxarıda adıçəkilən dövlət qrumlarına müraciəti əsasında  müvafiq vakansiyaya uyğun olan şəxslər rayon (şəhər) Məşğulluq Şöbələri tərəfindən göndərişlə təmin edilir. 

Göndərişi alan namizədin işə qəbulu isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq təhsil müəssisəsinin rəhbəri tərəfindən rəsimləşdirilir.

Təhsil müəssisələrinə işə qəbul üçün müraciət edən vətəndaşlardan  xahiş olunur ki, yuxarıda göstərilən vəzifələrlə  bağlı  rayon (şəhər) Məşğulluq Şöbələrinə müraciət etsinlər.

Nəşr edilib : 19.09.2024 10:10