Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılan şəxs...
13:00 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 22 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov çıxış edərək müxtəlif qurumlarla əməkdaşlıq çərçivəsində gənclərin maraqlarına cavab verən və cəmiyyət üçün aktual məsələlərlə bağlı mütəmadi görüşlər keçirildiyini vurğulayıb. O, qeyd edib ki, "Təbliğat 100" layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdə qanunvericiliyin əsas prinsiplərinin geniş ictimaiyyətə çatdırılması əsas prioritetlərdən biridir. Diqqətə çatdırılıb ki, belə tədbirlər ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ailə institutunun inkişafı və nikah münasibətlərinin möhkəmləndirilməsi məqsədilə qanunvericiliyin prinsiplərinə uyğun olaraq birgə interaktiv mediasiya xidmətinin təşkili ilə bağlı keçirilən tədbirdə çıxış edən
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev mövzunun əhəmiyyətini qeyd edib. Bildirilib ki, ailə münasibətləri üzrə qanunvericiliyin prinsiplərinə uyğun olaraq həyata keçirilən mediasiya xidməti, ailədaxili mübahisələrin qanuni çərçivədə həll edilməsini və tərəflərin hüquqlarının qorunmasını təmin edir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Könül Əsədova və Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək bildiriblər ki, mübahisəli tərəflər arasında razılaşmalar məhkəməyə qədər həll yollarının tətbiqi ilə hüquqi müstəviyə uyğunlaşdırılır. Bu da ailədaxili sülhü təmin etməyə, mübahisələrin tez və təsirli həllinə nail olmağa kömək edir. Beləliklə, interaktiv mediasiya xidmətləri ailə dəyərlərinin qorunması və nikah münasibətlərinin inkişafı üçün effektiv bir vasitədir.
127 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər