Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Dünyanı gözəlləşdirən çox ünsür olmasına baxmayaraq, Allahın bəxş etdiyi möcüzələr içində təbii daşların da xüsusi yeri var. Bu daşların insan orqanizminə müsbət təsiri ilə insanların diqqətini çəkib. Nə qədər birmənalı yanaşılsa da, bu inkaredilməz bir faktdır ki, bu gün insanlar daşlardan müalicə məqsədilə istifadə edirlər. Çünki bu daşlar sadə bijüteriya deyil. Əvvəllər insanlar qiymətli daşlara böyük maraq göstərib. İndi də bu davam edir. Hətta keçmişə nisbətən indi daha çox maraqlı daşlar kəşf olunub.
Günümüzdə bacarıqlı ustaların çoxluğu və yeni texnologiyaların meydana gəlməsi keçmişlə müqayisədə daha keyfiyyətli məhsullar hazırlanmasına imkan verib. Formaya salınmasından asılı olmayaraq, daşlar insanda enerji yaradır. Təmizlənmiş və cilalanmış daşların insan üçün faydası daha çoxdur. Necə ki, hər gülün özünəməxsus qoxusu var, eləcə də daşların enerjisi ilə bərabər, insan orqanizminə xeyiri də var. Təbii daşlar-dənizin dibindən, mədənlərdən, müxtəlif yerlərdən xammal şəklində, cilasız formada tapılır. Sonra emalatxanalarda xüsusi dərmanlarla yuyulub, təmizlənilir. Ustalar daşların vəziyyətinə görə onları cilalayır. Məsələn, boyunbağıları düzəltmək üçün daşları hissə-hissə bölüb cilalanmış vəziyyətə gətirirlər, yaxud üzükləri hazırlayarkən xüsusi aparatlardan istifadə olunur.
Əgər təbii daşlardan sağ biləyə və barmaqlara taxılarsa bir cür, sol ələ taxılarsa, tamam başqa cür təsir edə bilər. Qan dövranını tənzimləyən daşlar sağ ələ taxılarsa, insanın təzyiqi yüksələ bilər. Sol ələ taxıldıqda isə təzyiq enir. Daşlardan mütləq düzgün istifadə etmək lazımdır. Süni materiallardan hazırlanan zinət əşyalarının insan orqanizminə çox zərəri var. Adətən, belə əşyalar şüaları öz üzərinə çəkir. Ucuz bijüteriyalardan imtina etmək sağlamlıq üçün zəruridir. Onların əvəzinə təbii daşlara üstünlük vermək daha məqsədəuyğundur. Hər kəs günümüzdə mobil telefon, kompüter, televizor və digər şüalı texnikalarla təmasda olur. Radiasiyalara qarşı effektiv təsiri olan təbii daşlar da var ki, onlardan istifadə etmək sərfəlidir.
Əsəbə, stressə və yorğunluğa qarşı müsbət təsir edən daşlar, əsasən, göy və bənövşəyi rəngdə olur. İnsanda neqativ enerjini təmizləyən daşlar da var. Sarı rəngli daşlar insanda pozitivliyə və şən əhvali-ruhiyyəyə səbəb olur. Mədə-bağırsaq problemlərinə qarşı faydası olan daşlar narıncı rəngli təbii daşlardır. Yaşıl rəngli daşlar ürəyin fəaliyyəti üçün faydalı sayılır. Qırmızı daşlar isə, adətən, insanlarda sevgi hissini gücləndirir. Təbii daşlardan istifadə edən hər kəs qısa zaman ərzində onların müsbət təsirinə şahid olurlar.
Təbii daşı necə təmizləmək olar? Təbii daşların topladığı mənfi enerjini təmizləmək üçün müxtəlif üsullar mövcuddur. Bəzi təbii daşlar özünü təmizləmə xüsusiyyətinə malikdir.Təbii daşları axar su, duzlu su və nəfəslətəmizləmək mümkündür. Bu üsullar təbii daşın növündən asılı olaraq dəyişir. Diqqətli olmaqlazımdır ki, suda həll olunan təbii daşlar suya toxunmasın. Gəlin birlikdə insanların çox istifadə etdiyi bir neçə daşın xüsusiyyətlərinə nəzər salaq:
Təmiz axar suda yuyub paklaşdırdıqca daşlar da insanlara öz təsirini müsbət şəkildə geri qaytarır. Əgər daşlara xüsusi diqqət ayrılmazsa, o zaman onların effekti də olmur.
Günay HACIYEVA
Digər xəbərlər