NAXÇIVAN :

26 Noyabr 2026, Cümə axşamı

Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alan var

...

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.  "Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Heydər Əliyev Sarayının qarşısında baş verib. “Khazar” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 24.11.2026 18:42