Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında yekun sənəd - Birgə Bəyannamə qəbul olunub.
Sənəddə TDT-nin Səhiyyə sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi, habelə vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
Bundan əlavə, Bəyannamədə Təşkilata üzv və müşahidəçi ölkələrin milli qanunvericiliyinə uyğun olaraq, TDT çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin sənəddə “Türktransplant sisteminin təsis edilməsinə dair Niyyət Protokolu”nun, eyni zamanda, TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında Anlaşma memorandumlarının imzalanılmasının əhəmiyyəti vutğulanıb.
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının yekunlarına əsasən, Təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb.
Digər xəbərlər