Tokayev: Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə...
21:13 29.06.2026
0
0
0
Türkoloji Qurultayın 100 ildən sonra yenidən Bakıda keçirilməsi Türk dünyasının ortaq tarixinin və gələcəyə yönəlmiş əməkdaşlığının rəmzidir. 1926-cı ildə Bakıda təşkil olunmuş qurultay necə tarixi əhəmiyyət daşıyırdısa, bu gün keçirilən tədbir də türk dövlətləri arasında birliyin daha da möhkəmlənməsinə xidmət edir.
Bu fikirləri jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
Baş katib bildirib ki, Türkoloji Qurultayın 100 illiyinin, eləcə də TDT-nin qeyri-rəsmi Zirvə Görüşünün Azərbaycanın ev sahibliyi ilə keçirilməsi Türk dünyasının inteqrasiyasına mühüm töhfə verir.
“Bu gün Bakıda keçirilən tədbirlər ortaq tariximizə verilən dəyərin və gələcəyə baxışımızın ifadəsidir. Bu gün qəbul ediləcək qərarlar və irəli sürülən təşəbbüslər ölkələrimiz və xalqlarımız üçün tarixi əhəmiyyət daşıyacaq. Bu, yalnız keçmişimizi anmaq deyil, həm də gələcək nəsillər üçün möhkəm təməl formalaşdırmaq deməkdir”, – deyə Kubanıçbek Ömüralıyev vurğulayıb.
TDT-nin Baş katibi qeyd edib ki, türk dövlətlərini birləşdirən yalnız ortaq tarix deyil, həm də ortaq dil, əlifba və mədəni dəyərlərdir. Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlar Türk dünyasının gələcək inteqrasiyasının əsas sütunlarından birini təşkil edir.
Digər xəbərlər