Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayənd...
15:58 09.09.2026
0
0
0
NAXÇIVAN :
09 Sentyabr 2026, Çərşənbə
Son 10 ildə beynəlxalq iqlim siyasəti sahəsində mühüm hədəflər müəyyən edilib. Bu gün qarşımızda duran əsas məsələlərdən biri həmin hədəflərin necə həyata keçiriləcəyidir. Beynəlxalq səviyyədə qəbul edilən qərarlar milli siyasətə, qanunvericiliyə və investisiyalara çevrilməlidir.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Ətraf Mühit Komitəsinin sədri Mehmet Qalib Ensarioğlu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi" adlı dəyirmi masada çıxış edərkən deyib.
Türkiyənin son dövrdəki təcrübəsi bunun konkret nümunə olduğunu bildirən Məclis üzvü qeyd edib: "Türkiyə 2053-cü ilədək xalis sıfır emissiya hədəfinə uyğun olaraq iqlim siyasətinin hüquqi və institusional əsaslarını gücləndirir. 2025-ci ildə ölkəmizin ilk İqlim Qanununu qəbul etməklə emissiyaların azaldılması və iqlim dəyişməsinə uyğunlaşma başda olmaqla, hərtərəfli hüquqi çərçivə formalaşdırdıq”.
Mehmet Qalib Ensarioğlu bildirib ki, beynəlxalq səviyyədə verilən öhdəliklərin mühüm bir hissəsi milli səviyyədə hüquqi tənzimləmələrin və dövlət siyasətinin formalaşdırılmasını tələb edir: Parlamentlər zəruri hüquqi çərçivənin yaradılmasına töhfə verməklə yanaşı, icra prosesində ortaya çıxan ehtiyacları və görülən tədbirlərin nəticələrini də izləyirlər. Bu səbəbdən parlamentlər arasında bilik və təcrübə mübadiləsinin artırılması beynəlxalq səviyyədə qəbul edilmiş iqlim qərarlarının milli səviyyədə həyata keçirilməsinə də mühüm töhfə verə bilər".
Digər xəbərlər