NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Tahsin Ertuğruloğlu: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarıq

...

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin Lefkoşaya verdiyi dəstəyi yüksək qiymətləndirib.

"Şərq qapısı" xəbər verir ki, Antalya Diplomatiya Forumunun nəticələrini şərh edən Ertuğruloğlu Şimali Kipr xalqının hüquqlarını müdafiə etmək uğrunda mübarizədə ŞKTC hakimiyyətinin üzləşdiyi təzyiq və embarqolara diqqət çəkib.

“Hazırkı vəziyyətdə Antalya Diplomatiya Forumu kimi platformalar ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq ictimaiyyət Kiprin iki dövləti və iki xalqı olduğunu qəbul etməlidir”, - deyə Şimali Kipr diplomatiyasının rəhbəri bildirib.

Nazir, həmçinin Antalyadakı forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir daha ifadə edilən mövqeyini vurğulayıb. “Buna görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram”, - deyə o bildirib.

Qeyd etmək lazımdır ki, Azərbaycana ünvanlanan bu minnətdarlıq sözləri Şimali Kipr mediasında da öz əksini tapıb.

Nəşr edilib : 22.04.2026 14:07