NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Şuşada Naxçıvanın sağlamlıq turizm potensialı və turizm məhsulları nümayiş etdirilib

...

"Şərq qapısı" xəbər verir ki, oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.         
Konfransda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru və əməkdaşları, eləcə də sağlamlıq turizmi üzrə ixtisaslaşmış Duzdağ Müalicə Mərkəzinin və Darıdağ Arsenli Su Müalicə Mərkəzinin nümayəndələri də iştirak ediblər.
Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdiyi tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.
Konfrans ərzində sağlamlıq turizm üzrə unikal məhsulların nümayişi üçün “Sağlamlıq Turizmi Sənaye Sərgisi” təşkil olunub. Sərgidə 2 stenddə muxtar respublikanın sağlamlıq turizm potensialı və turizm məhsulları konfrans iştirakçılarına nümayiş etdirilib və iştirakçılara ətraflı məlumat verilib. Sərgi iştirakçılara Azərbaycanın və Naxçıvanın sağlamlıq turizmi sahəsindəki imkanlarını daha yaxından tanımaq imkanı verib.
Daha sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.

Nəşr edilib : 29.10.2024 18:00