NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Suların istifadəsi və mühafizəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

...

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Suların istifadəsi və mühafizəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edən aidiyyəti qurumun nümayəndələri Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin fəaliyyəti, su və su təsərrüfatı obyektlərindən qanunvericiliyin tələblərinə uyğun istifadə edilməsi və son dövrlərdə iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirindən danışıblar. Çıxışlarda, həmçinin suların qorunması, səmərəli istifadəsi, əhalinin təmiz su ilə təmin olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasının əhəmiyyəti vurğulanıb.

Nəşr edilib : 27.11.2025 09:54