NAXÇIVAN :

19 Iyun 2025, Cümə axşamı

Strategiya və dövlət proqramı layihələri üzrə dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək komissiya yaradılıb

...

Strategiyanın və Dövlət Proqramının layihələrinin hazırlanmasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla komissiyanın tərkibi təsdiqlənib.

Bundan başqa, komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə işçi qruplar yaradılıb və tərkibi təsdiq edilib.

***

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə:

Komissiyanın sədri
Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavinləri:
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının elm və təhsil naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri
Azərbaycan Respublikası Baş nazirinin köməkçisi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru.

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə İşçi qrup

İşçi qrupun rəhbəri
Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiya sədrinin
müavini
İşçi qrupun üzvləri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının elm və təhsil naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Naxçıvan Muxtar Respublikasının Baş naziri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının nümayəndəsi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsinin hazırlanması üzrə İşçi qrup

İşçi qrupun rəhbəri
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiya sədrinin müavini

İşçi qrupun üzvləri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının elm və təhsil naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin müdiri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının nümayəndəsi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru.

Nəşr edilib : 19.06.2025 09:43