Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr...
20:36 21.05.2025
0
0
0
NAXÇIVAN :
21 May 2025, Çərşənbə
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyinə həsr olunan “Stomatologiyada İnnovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans NDU və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, bu kimi beynəlxalq səviyyəli elmi tədbirlər stomatologiya sahəsində bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. Prorektor çıxışında “Azərbaycan Respublikası Prezidentinin 2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən universitetdə yaradılacaq Tibb kampusu barədə ətraflı məlumat verib. Planlanan yeni kampusda müasir tibb tədris binası, araşdırma xəstəxanası, tələbə yataqxanası, Tibb Kollecinin binası və sair ilə yanaşı, Stomatologiya ixtisası üçün ayrıca tədris korpusu və stomatoloji klinikanın inşasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda mayın 16-17-də Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən, dünyanın müxtəlif ölkələrindən 35 universitetin iştirak etdiyi "Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktiki konfransı"nda universitetin Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə tələbələrinin də uğurlu çıxışları ilə yüksək dərəcəli diplomlara layiq görüldüklərini xatırladıb.
Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov tədbirdə çıxış edərək müasir stomatologiyada innovasiyaların rolundan danışıb. Vurğulanıb ki, konfrans bu sahədə tətbiq olunan ən son texnologiyalar və müalicə metodlarının paylaşılması baxımından olduqca önəmli mahiyyət kəsb edir. Belə tədbirlərin həm akademik heyətin, həm də tələbələrin elmi və peşəkar inkişafına mühüm töhfə olduğunu əlavə edən Cabbar Həsənov konfransın gündəliyini yüksək dəyərləndirib.
Daha sonra plenar çıxışlar başlanılıb. Birinci bölmədə NDU-nun Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov və və həkim-stomatoloq Rəşad Abışov moderatorluq edib. İstanbul Aydın Universitetinin Diş həkimliyi fakültəsinin Ağız, diş və çənə cərrahiyyəsi kafedrasının müəllimi, dosent Elçin Bədəloğlu “İmplantologiyada tam çənə reabilitasiyalarında sadədən mürəkkəbə doğru cərrahiyyə və protez mərhələlərində istifadə olunan müalicə metodları”, Diş texniki Rafael Paşayev “Estetik restavrasiyalarda planlama və kommunikasiyanın əhəmiyyəti”, Cabbar Həsənov “All-on-4 və onun uyğun vəziyyətlərdə tətbiqi” mövzularında məruzə ilə çıxış ediblər.
20-21 may tarixlərini əhatə edən konfrans plenar iclaslar ilə davam edib.
Digər xəbərlər