NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

STEAM Təlim-Tədris Mərkəzinə şagird qəbuluna başlanılır

...

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim -Tədris Mərkəzinə 18 sentyabr 2024-cü il tarixdən şagird qəbuluna başlanılır.

 STEAM Təlim-Tədris Mərkəzində fəaliyyət göstərəcək sahələr: 
*Proqramlaşdırma 
*3D Printer və 3D Modelləşdirmə
*CNC lazer texnologiyaları 
*STEAM Kids
*Pilotsuz uçuş texnologiyaları 

 Qəbul üçün lazım olan sənədlər:
3x4 (2 ədəd) şagirdin şəkli 
Şəxsiyyət vəsiqəsinin surəti
Dərslər 1 oktyabr 2024-cü il tarixdə başlayacaq və hər bir sahə üzrə həftədə 2 dəfə olmaqla,14:30-dan 16:30-a kimi tədris olunacaq. Qəbul olunan şagirdlər mərkəzin mütəxəssisləri tərəfindən bacarıqları və maraqları nəzərə alınaraq müvafiq kabinələrdə təlimə başlayacaqlar.

Nəşr edilib : 17.09.2024 17:58