Vətəninə, torpağına bağlı idi
21:22 25.11.2024
0
0
0
25 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə “Sosial şəbəkələrin gələcəyimizə təsiri” mövzusunda təlim keçirilib.
Təlimdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova və Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov çıxış edərək gələcəyimiz olan şagirdlərin informasiya təhlükəsizliyi sahəsində maariflənməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sosial şəbəkələrdə çox vaxt keçirmək və uşaqların yaşına uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir. Uşaqlara nəzarətin gücləndirilməsi ilə internetin imkanlarından düzgün yararlanmaq olar.
Müəllim, psixoloq, valideyn və şagirdlərin cəlb edildiyi təlimdən 45 nəfər yararlanıb.
Digər xəbərlər